>

Altproqramlarımız

Gənc DOST

“Gənc DOST” altproqramı


Hədəf qrupu: 16-29 yaş aralığında olan gənclər.


Altproqram haqqında məlumat: Gənclərin, o cümlədən əlilliyi olan şəxslərin vətəndaşlara xidmət sahəsində təcrübə qazanması, ilkin işgüzar vərdişlər əldə etməsi, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarının təməlinin qoyulması məqsədi daşıyır. Könüllülük fəaliyyətinin müddəti iki aydır və iş prosesi, bir qayda olaraq, gündəlik olaraq hər növbədə üç saat olmaqla üç növbədə təşkil olunur.

“Gümüşü DOST” altproqramı


Hədəf qrupu: 55 yaşdan yuxarı olan şəxslər.


Altproqram haqqında məlumat: Pensiya yaşına çatmış şəxslərin cəmiyyətə reinteqrasiyası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili və fəal yaşlanması məqsədi daşıyır. Könüllülük fəaliyyətinin müddəti iki aydır və iş prosesi, bir qayda olaraq, həftənin iş günləri olaraq hər növbədə dörd saat olmaqla, iki növbədə təşkil olunur.

Gümüşü DOST
Distant DOST

“Distant DOST” altproqramı


Hədəf qrupu: 14 yaşdan yuxarı olan şəxslər


Altproqram haqqında məlumat: Təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqların onlayn qaydada könüllülər tərəfindən yerinə yetirilməsi məqsədi daşıyır. Bu altproqram əsasında müvafiq sahələr üzrə peşəkar mütəxəssislər, ictimai xadimlər, habelə əlilliyi olan şəxslər kompüter, planşet və ya smartfondan istifadə etməklə ofis və ya evlərində könüllü kimi fəaliyyət göstərmək imkanına malik olur.

“Korporativ DOST” altproqramı


Hədəf qrupu: Korportativ Sosial Məsuliyyətliliyə marağı olan dövlət və özəl qurumlar.

Altproqram haqqında məlumat: Cəmiyyətdə ictimai-sosial məsuliyyət hissinin artırılması, müxtəlif təşkilatların korporativ sosial məsuliyyətlilik proqramlarının daha effektiv formada təşkili və sosial sahədəki təşəbbüslərin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində ehtiyac olan sahələr üzrə istiqamətləndirilməsi məqsədi daşıyır.

Korporativ DOST
İnklüziv DOST

“İnklüziv DOST” altproqramı


Hədəf qrupu: 16-35 yaş aralığında olan şəxslər


Altproqram haqqında məlumat: DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həyata keçirilən könüllülük fəaliyyətidir. Bu altproqram DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərə, şəhid ailəsi üzvlərinə, qazilər və onların ailə üzvlərinə, həssas qrupdan olan uşaq və yeniyetmələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, arabada olan şəxslərə və kimsəsiz azyaşlılara mərkəz daxilində zəruri dəstəyin göstərilməsi, İrimiqyaslı tədbirlərdə qonaqların qarşılanması və yola salınmasını təmin etmək, Mərkəzə gələn şəxslərə Mərkəz haqqında məlumat vermək və digər bu istiqamətlərdə olan işlərin tənzimlənməsi məqsədi daşıyır.