9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 1 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
1 saylı Bakı DOST Mərkəzi gün ərzində 400-dən çox vətəndaş qəbul edir. Mərkəzdə il ərzində 100 mindən artıq vətəndaşa məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində, o cümlədən vahid əlaqələndirmə mərkəzi üzrə 159 xidmət göstərilir. Mərkəzdə “Könüllü DOST” proqramı üzrə 50 nəfərədək könüllü fəaliyyət göstərir. 1 saylı Bakı DOST Mərkəzi vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün xidmətlərdən “bir pəncərə” prinsipi ilə faydalanmasına imkan verir.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 86
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00
Telefon: Çağrı Mərkəzi 142
24 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
2 saylı Bakı DOST Mərkəzi gün ərzində 100-dən çox vətəndaş qəbul edir. Mərkəzdə il ərzində 30-35 min vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində, o cümlədən vahid əlaqələndirmə mərkəzi üzrə 159 xidmət göstərilir. Mərkəzdə “Könüllü DOST” proqramı üzrə 40 nəfərədək könüllü fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, 30 b
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00
Telefon: Çağrı Mərkəzi 142
3 saylı Bakı DOST Mərkəzinin açılışı 19 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.
Gün ərzində 3 saylı Bakı DOST Mərkəzi 400-ə yaxın vətəndaş qəbul edir. Mərkəzdə il ərzində 120-130 min vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində, o cümlədən vahid əlaqələndirmə mərkəzi üzrə 159 xidmət göstərilir.
Mərkəzdə “Könüllü DOST” proqramı üzrə 50 nəfərədək könüllü fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00
Telefon: Çağrı Mərkəzi 142
4 saylı Bakı DOST Mərkəzi 30 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olub.
Gün ərzində təxminən 800 nəfər vətəndaş qəbul edən 4 saylı Bakı DOST Mərkəzində “bir pəncərə” prinsipi ilə 159 xidmət göstərilir. Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfərədək könüllü fəaliyyət göstərir.
4 saylı Bakı DOST Mərkəzinin binasında fəaliyyət göstərən Çağrı Mərkəzi 142 ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. “ART School” - “İnklüziv İncəsənət Məktəbi” isə ildə orta hesabla 150-200 əlilliyi olan şəxsin təlimlərdən keçməsinə imkan verir.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 3103
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00
Telefon: Çağrı Mərkəzi 142
28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Gün ərzində təxminən 650-700 nəfər vətəndaş qəbul edəcək 5 saylı Bakı DOST Mərkəzində “bir pəncərə” prinsipi ilə 159 xidmət göstərilir. Mərkəzdə 120 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfərədək könüllü fəaliyyət göstərir.
Vətəndaşlar ilk dəfə 5 saylı Bakı DOST Mərkəzində mediasiya xidmətlərindən yararlana bilirlər. Burada həmçinin işçilər üçün təlim mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlim otaqları və müasir kitabxana yaradılıb.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 31
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00
Telefon: Çağrı Mərkəzi 142
14 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST mərkəzinin açılışı olub.
Abşeron DOST Mərkəzi gün ərzində təxminən 400 vətəndaş qəbul edir. Bu prosesi 120 nəfərə yaxın işçi heyəti və 50 nəfərədək könüllü həyata keçirir. Abşeron rayon sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120 minə yaxın vətəndaşa məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, ümumilikdə 159 adda xidmət göstərilir.
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksi, bina 27
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00
Telefon: Çağrı Mərkəzi 142
7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı baş tutub.
Mərkəz gün ərzində təxminən 650-700 vətəndaş qəbul etmək potensialına malikdir. Bu prosesi 123 nəfərdən ibarət işçi heyəti və 50 nəfərədək könüllü həyata keçirir. Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xankəndi və Xocavənd rayon sakinlərinə xidmət edən mərkəzdə il ərzində 120 minə yaxın vətəndaşa 159 adda xidmət göstərilməsi nəzərdə tutulub. Buraya məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət və sosial-pedaqoji xidmətlər daxildir.
Bundan əlavə, Qarabağ Regional DOST Mərkəzinin nəzdində Qarabağ Peşə Hazırlığı Mərkəzi fəaliyyət göstərir. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də "Peşəyönümü və Karyera Mərkəzi", inzibati və texniki otaqlardan ibarət olan Qarabağ Peşə hazırlığı Mərkəzində 20 nəfərə yaxın əməkdaş çalışır.
Ünvan: Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00
Telefon: Çağrı Mərkəzi 142