>

Missiyamız və məqsədlərimiz

Missiyamız:

    "Könüllü DOST" proqramının əsas missiyası cəmiyyətin dayanıqlı inkişafı üçün çalışan vətəndaşlar şəbəkəsini formalaşdırmaq, dövlətçilik və vətənpərvərlik ruhunu yüksəltmək və cəmiyyətin hər bir üzvünü əhatə etməkdir.

    DOST Agentliyinin könüllülük siyasəti könüllü fəaliyyətinə yeni yanaşmanın nümayiş etdirilməsinə və Agentliyin bu fəaliyyətin effektiv təşkili sahəsində qabaqcıl qurumlardan birinə çevrilməsinə yönəlmişdir.

      DOST Agentliyi tərəfindən təşkil olunan könüllülük proqramının əsas məqsədləri aşağıdakılardır:

      • Azərbaycanda aparılan gənclər siyasətinə və könüllü hərəkatına dəstək verilməsi;
      • İctimai iştirakçılığın təşkili və sosial məsuliyyətlilik hissinin artırılması;
      • Sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması;
      • Gənclərin praktiki bilik və bacarıqlarının artırılması ilə onların əmək bazarına hazırlanması;
Missiyamız
  • “DOST” mərkəzlərində göstərilən xidmətlərin keyfiyyətinin və operativliyinin yüksəldilməsi;
  • Pensiyaçıların asudə vaxtının səmərəli təşkil olunması və aktiv yaşlanmaya töhfə verməklə onların cəmiyyətə reinteqrasiyası;
  • Məkandan asılı olmayaraq müxtəlif sosial statuslu şəxslər üçün könüllülüyün əlçatanlığının təmin olunması.