>

Nailiyyətlər

DOST Agentliyi "DOSTTALKS" layihəsi ilə “ilin layihəsi” kateqoriyasında Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən təşkil olunan "Xoş məram meridianı" müsabiqəsinin qalibi olub.

DOST Agentliyi "Möhtəşəm heyət" kateqoriyasında "Avropa Sosial Xidmətlər Mükafatı 2021"in qısa siyahısına düşməsi ilə əlaqədar sertifikatla təltif olunub.

Bakıda keçirilən “Global HR Summit 2023” tədbiri çərçivəsində “Könüllü DOST” proqramı "Ən yaxşı Korporativ Sosial Məsuliyyət (KSM) Strategiyası" (Best CSR strategy) kateqoriyası üzrə qalib elan olunub.

“Könüllü DOST” proqramı Rusiyanın Moskva şəhərində keçirilən “We are Together” adlı beynəlxalq müsabiqədə finalçı olub. 100-dən çox ölkədən təxminən 1300 layihənin təqdim olunduğu tədbirdə “Könüllü DOST” proqramı “Bərabər imkanlar və sosial ədalət” nominasiyası üzrə təltif olunub.