“Könüllü Klublar” layihəsi “Könüllü DOST” proqramı tərəfindən təklif olunan, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, habelə gənclərin asudə vaxtlarının daha səmərəli təşkili məqsədi daşıyır.
Yaradıcılıq klubu - Musiqi, rəsm və digər incəsənət növləri ilə məşğul olan könüllülərin (‘’Gənc DOST” və ‘’Gümüşü DOST’’ könüllüləri), o cümlədən, müxtəlif incəsənət növləri ilə məşğul olan şəxslərin bir yerə toplanması və iştirakçıların şəxsi inkişafı üçün müxtəlif masterklassların təşkil olunması məqsədi daşıyır.
Xarici dil klubu - Gənclərə mütəxəssislər tərəfindən danışıq klublarının keçirilməsi, onlarda xarici dil bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır.
Kitab klubu - Könüllü DOSTların mütaliəyə olan marağının artırılması, onlarda dünyagörüşü və bədii poeziyanın mənəvi təsirinin yaradılması, gəncləri müxtəlif sahələr üzrə yeni ədəbiyyatla tanış etmək, yazarlarla birgə görüşlər təşkil edilərək seçilmiş əsərlərin müzakirəsi və fikir mübadiləsi aparmaq məqsədi daşıyır.
Film klubu - Gənclərlə film izlədikdən sonra onun üzərində təhlillər aparmaq, obrazları analiz etmək, həmçinin, gənclərin asudə vaxtlarının daha səmərəli təşkili məqsədi daşıyır.
Sağlam həyat klubu - Klubun əsas məqsədi yaşından asılı olmayaraq "Könüllü DOST" proqramı çərçivəsində fəaliyyət göstərən könüllülərin sağlam inkişafına, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək göstərməkdir.
Layihələr klubu - Layihə hazırlanması, müxtəlif yerli və beynəlxalq qrant müsabiqələrinə "təşəbbüs qrupları" olaraq layihələrini reallaşdırmaq istəyən, o cümlədən, layihə meneceri kimi formalaşmaq istəyən könüllülərə bu mövzuda təlimlərin keçirilməsi məqsədi daşıyır.
Fərdi inkişaf klubu - Karyera və şəxsi inkişafı dəstəkləyən bu klub könüllülərin dünyagörüşünü, karyera yolunda ilkin addımların atılmasını, fərdi bacarıqlarının təkmilləşdirməsi məqsədi daşıyır.
Tarix klubu - Gənclərə peşəkar spikerlər tərəfindən Azərbaycan və dünya tarixi üzrə müxtəlif mövzular əsasında təlimlərin keçirilməsi, könüllülərin tarix istiqamətində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
Natiqlik və debat klubu - Gənclərdə natiqlik mədəniyyətini inkişaf etdirmək, natiqlik haqqında anlayışlar, nitqi anlaşılmaz edən faktorlar, həyəcanın idarəolunması mövzularında gənclərə bilik və bacarıqların aşılanması məqsədi daşıyır.
İntellektual oyunlar klubu - Təlim və yarışlarla gənclərin bilik və bacarıqlarını formalaşdırmaq, onlara tədqiqat və intellektual turnirlərdə motivasiya kimi bacarıqlar aşılamaq, həmçinin, “Könüllü DOST” proqramının intellektual yarışlar komandasını formalaşdırmaq məqsədi daşıyır
Səyahətçilər klubu - Gənclərin dünyagörüşünü artırmaq, müxtəlif ölkələrin, o cümlədən, Azərbaycanın tarixi, etnoqrafiyası, turistik relyefi haqqında biliklərini təkmilləşdirmək, könüllülərin düzgün səyahət planlaması, müxtəlif ölkələrdə turistik məkanların tapılmasına dəstək olmaq məqsədi daşıyır.