>

Tariximiz

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixdə Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışında qeyd etdiyi və 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda da göstərildiyi kimi, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, habelə ölkədə könüllülük hərəkatını inkişaf etdirmək dövlət gənclər siyasətinin qarşıda duran əsas vəzifələridir.

Könüllü fəaliyyət dedikdə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət başa düşülür.

Könüllü isə öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.

Tariximiz

Müvafiq sahədə dövlət siyasətinin məntiqi davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 3.1.18-ci yarımbəndində “DOST” mərkəzlərinin fəaliyyətinə könüllüləri (xüsusən də gənc mütəxəssisləri və tələbələri) cəlb etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək, bu məqsədlə təhsil müəssisələri ilə əməkdaşlıq etmək kimi vəzifələr nəzərdə tutulmuşdur.

Qeyd edilənləri nəzərə alaraq fəaliyyətə başladığı qısa müddət ərzində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi könüllü fəaliyyətin təşkilinə, bu sahədə öz siyasətini formalaşdırmağa və müvafiq tərəfdaşlarla əməkdaşlığa 12 aprel 2019-cu il tarixindən etibarən başlamışdır.