>

Tez-tez verilən suallar

"Könüllü DOST" “DOST” mərkəzlərində könüllü fəaliyyətini həyata keçirən proqramdır. Könüllülər "DOST" mərkəzlərində vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi,müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa sahələrdə fəaliyyət gösətərirlər. Gənclər könüllülük fəaliyyəti ilə həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.

Agentliyin fəaliyyətinin məqsədi “DOST” mərkəzlərində xidmətlər göstərilməsini təşkil etməkdən, “DOST” mərkəzlərini idarə etməkdən, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirməkdən, müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın artırılması ilə bağlı tədbirlər görməkdən ibarətdir. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: - “DOST” mərkəzlərini idarə etmək, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək; - “DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün tədbirlər görmək; - “DOST” mərkəzlərinin inkişafını, həmin mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, onların elektron qaydada həyata keçirilməsini və təkmilləşdirilməsini, habelə innovasiyaların tətbiqini təmin etmək; - Müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə tədbirlər görmək.

“DOST” mərkəzlərində könüllülərin iş qrafiki: I növbə: 09:00 – 12:00 II növbə: 12:00 – 15:00 III növbə: 15:00 – 18:00 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində könüllülərin iş qrafiki: I növbə: 9:00 - 11:30 II növbə: 11:30 - 14:30 III növbə: 14:30 - 17:00

2 aylıq fəaliyyət dövrü ərzində Könüllü DOSTlarımız aşağıdakı işlərlər məşğul olurlar: - Vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi; - Vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak; - Vətəndaşların məlumatlandırılması; - Elektron sistemlərdən istifadə üzrə köməklik; - Vətəndaşlara xüsusi diqqət və qayğı göstərilməsi; - Rəy sorğularının keçirilməsi; - Könüllü qruplarının idarə olunması.

Könüllülüklə bağlı müraciətlərin hər birinə müəyyən zaman əsasında baxılır. Nəzərinizə çatdırmaq istədrik ki, müsahibələrə çağırış müəyyən “DOST” mərkəzi və növbələr əsasında sistem tərəfindən aparılır. Əgər seçdiyiniz Mərkəz və növbə üzrə müsahibələr keçirilirsə və sistem tərəfindən hazırlanan siyahıda adınız varsa, bu zaman siz də müsahibəyə cəlb olunacaqsınız.

Müsahibə nəticələri müsahibə keçirildiyi tarixdən sonra 10-14 iş günü ərzində qeydiyyatdan keçdiyiniz zaman qeyd etdiyiniz elektron poçt ünvanına göndərilir.

“Könüllü DOST” proqramına qoşulmaq üçün artıq 80000-dən çox müraciət qəbul etmişik. Lakin, hazırda cəmi 6 “DOST” mərkəzimiz var. “Könüllü DOST” olmaq istəyinizi təqdir edirik, ancaq müraciətlərin hamısına bu an üçün müsbət cavab verə bilmirik. Müraciətlərin hər biri diqqətlə dəyərləndiriləcək. Ümid edirik, siz də tezliklə DOST ailəsinin bir üzvünə çevriləcəksiniz. Anlayış göstərdiyiniz üçün minnətdarıq.

“Distant DOST” altproqramı yalnız müxtəlif mikrolayihələr olduğu təqdirdə aktiv olur. Altproqramın aktiv olması haqqında məlumat əldə etmək üçün mütəmadi olaraq səhifəmizi izləməyi davam etməyiniz xahiş olunur.

Müsahibə meyarları şəxsi keyfiyyətlər, bilik və bacarıqlar üzrə qiymətləndirilir: Şəxsi keyfiyyətlər dedikdə: 1) Məsuliyyətlilik; 2) Baxımlılıq və səliqəlilik; 3) Bədən dili və göz təması; 4) İzahetmə və dinləmə; 5) Özünəinam. Bilik və bacarıqlar dedikdə: 1) İxtisas üzrə biliklər; 2) Özünüinkişaf potensialı; 3) Sahə üzrə məlumatlılıq; 4) Könüllü fəaliyyəti haqqında məlumatlılıq; 5) Komanda ilə işləmə bacarığı.

Müsahibə nəticəsi uğurlu olmuş hər bir şəxs “Ehtiyat” könüllü bazasına əlavə olunur. “Ehtiyat” könüllü bazasından çağırılma seçdiyiniz DOST Mərkəzi və seçdiyiniz növbə üzrə vakant yer olduğu təqdirdə həyata keçirilir.

“DOST” mərkəzlərində könüllü qismində fəaliyyət göstərmək istəyən müraciətçilərin say çoxluğunu nəzərə alaraq, müsahibə nəticəsi uyğunsuz olan şəxslərin təkrar müsahibəyə cəlb olunması təəssüflər olsun ki, hal-hazırda mümkün deyil.