Haqqımızda

“Könüllü DOST” Proqramı 12 aprel 2019-cu il tarixindən fəaliyyətə başlayıb.

DOST Agentliyinin könüllülük siyasəti könüllü fəaliyyətinə yeni yanaşmanın nümayiş etdirilməsinə və Agentliyin bu fəaliyyətin effektiv təşkili sahəsində qabaqcıl qurumlardan birinə çevrilməsinə yönəlmişdir. DOST Agentliyi tərəfindən təşkil olunan könüllülük proqramının əsas məqsədləri aşağıdakılardır:

Azərbaycanda aparılan gənclər siyasətinə və könüllü hərəkatına dəstək verilməsi;

İctimai iştirakçılığın təşkili və sosial məsuliyyətlilik hissinin artırılması;

Dövlət-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi;

Sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması;

Gənclərin praktiki bilik və bacarıqlarının artırılması ilə onların əmək bazarına hazırlanması;

“DOST” mərkəzlərində göstərilən xidmətlərin keyfiyyətinin və operativliyinin yüksəldilməsi;

Pensiyaçıların asudə vaxtının səmərəli təşkil olunması və aktiv yaşlanmaya töhfə verməklə onların cəmiyyətə reinteqrasiyası;

əkandan asılı olmayaraq müxtəlif sosial statuslu şəxslər üçün könüllülüyün əlçatanlığının təmin olunması.

DOST Agentliyi “DOST” mərkəzlərində və digər müvafiq layihələrində könüllülük fəaliyyətinin təşkil olunması üçün “Könüllü DOST” proqramını həyata keçirir. Proqram fərqli ictimai və yaş təbəqələrini əhatə edən üç əsas altproqramdan ibarətdir: