>

Könüllü DOSTlarımız 2 fevralda gəncləri birləşdirdi

Könüllü DOSTlarımız 2 fevralda gəncləri birləşdirdi
DOST Agentliyinin "Könüllü DOST" proqramının təşəbbüsü, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə ittifaqa daxil olan könüllü təşkilatları birgə tədbir keçiriblər. Müxtəlif könüllü təşkilatlarını təmsil edən gənclər 4 saylı Bakı DOST Mərkəzində Könüllü DOSTlarımızla birlikdə vətəndaşlara xidmət göstəriblər. Tədbirdə “Ekokönüllü”, “Könüllü Gömrükçü” dəstəsi, “ASAN Könüllüləri” təşkilatı, “Gənc Könüllüləri” İctimai Birliyi, “AİLƏM Könüllüləri” İctimai Birliyi, “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “SOCAR Könüllüləri”, “Bakı Şəhər Halqası Könüllülər” proqramı, “Mədəniyyət Könüllüləri” İctimai birliyi, BDU Könüllüləri, RİİB Könüllüləri iştirak ediblər. Layihənin əsas məqsədi könüllülərin timsalında gənclərin prezident seçkilərində aktiv iştirak etməsinə cəlb edilməsi, o cümlədən könüllülərin birliyinin, həmrəyliyinin göstərilməsidir.