“Könüllü DOST” proqramının fəaliyyət dövrü ərzində könüllülərin fərdi inkişafı məqsədi ilə bir sıra əlavə tədbirlər görülür. Belə ki, “Könüllü DOST” proqramı tərəfindən cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına dəstək olmaq, biliklərini artırmaq və təkmilləşdirmək, yaradıcı və innovativ potensialının üzə çıxarılmasına dəstək göstərmək, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, habelə gənclərin asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə D2D (“DOST to DOST”) layihəsi çərçivəsində könüllülərə müxtəlif mövzular üzrə “D2D – 1”, “D2D - 2 – Maliyyə Savadlılığı”, “D2D – 3 - Fərdi İnkişaf” və “D2D – 4 - Rəqəmsal İnkişaf” təlim proqramları təşkil edilmişdir.