Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər və DOST Agentliyinin birgə təşkilatçılığı ilə həm “DOST” könüllüləri, həm də Könüllülərlə iş üzrə fəaliyyət göstərən əməkdaşlar üçün "DİM DOSTu" təlim proqramı həyata keçirilmişdir. Təlim proqramında DOST könüllülərə və əməkdaşlara "Dünyamızın qlobal məqsədləri", "Sosial bərabərsizlik", "Ekoloji davamlı inkişaf" və "Yoxsulluq və onun təzahürləri" mövzularında Gənc Səfirlər tərəfindən təlimlər aparılmışdır. Təlim proqramı çərçivəsində müxtəlif qrup işləri və müzakirələr keçirilmiş və yekunda təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatlar və müxtəlif hədiyyələrlə təltif edilmişdir. Qeyd edək ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsü Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilir.