“Könüllü DOST” proqramının təşkilatçılığı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş ölkədə ilk "Sosial sahədə könüllülük" forumu keçirilmişdir. Tədbirə gələn qonaqlar ilk öncə “Gənc DOST” və “Gümüşü DOST” altproqramının iştirakçılarının, həmçinin, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin tələbələrinin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olmuşdur. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Emin Əmrullayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev çıxış edərək “Könüllü DOST” proqramını 3 yaş münasibətilə təbrik etmişdir. Çıxışlardan sonra DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “Konüllü DOST” proqramı haqqında təqdimatla çıxış etmişdir. Forum “Sosial sahədə könüllülük” və “Korporativ sosial məsuliyyətlilik” üzrə panel müzakirələri ilə davam etmişdir.