"Distant DOST" altproqramı çərçivəsində həyata keçirilən "Virtual Sosial Məktəb" mikrolayihəsi çərçivəsində “Sosial iş” istiqamətində könüllü təlimçilər tərəfindən region gənclərinə təlimlər keçirilmişdir. Mikrolayihənin məqsədi regionda yaşayan gənclərin sosial aktivliyini artırmaq, gənclərə sosial işin mahiyyətini izah etmək, həssas qrupdan olan şəxslərlə iş istiqamətində təlimlər keçməkdir. Layihə DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilmişdir.