>

“Böyüklərimizi Qoruyaq!” sosial aksiyası

“Böyüklərimizi Qoruyaq!” sosial aksiyası
Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin elan edilməsi ilə əlaqədar 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi prosesinə könüllülər də aktiv formada qoşulmuşdur. Belə ki, “Böyüklərimizi qoruyaq!” sosial aksiyası çərçivəsində “Könüllü DOST” proqramının iştirakçıları 1 saylı Bakı DOST Mərkəzinin əhatə etdiyi Bakı şəhərinin rayonları üzrə 65 yaşdan yuxarı şəxslərə birbaşa sosial xidmətlərin göstərilməsinə cəlb olunmuşdur.