>

Adaptasiya təlimləri

Adaptasiya təlimləri

“DOST” mərkəzlərində fəaliyyət göstərmək üçün müsahibədən uğurla keçən könüllülər ilkin adaptasiya təliminə cəlb edilir. Təlim çərçivəsində onlar DOST Agentliyi və “DOST” mərkəzləri, məmnuniyyət sorğusunun aparılması və təhlili ilə bağlı praktiki təlimatla tanış olurlar. Təlimdə "Könüllü DOST" proqramının könüllülər üçün yaratdığı imkanlar, göstərilən xidmətlər haqqında da məlumat verilir.