“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşı 65-dən yuxarı olan şəxslər üçün asudə vaxtın səmərəli təşkili və icmalaşma məqsədilə Zirə Ekoparkında “Qəlbi cavanlar” təlim və yaradıcılıq düşərgəsi təşkil olunmuşdur. Düşərgədə 90 nəfər yaşlı şəxs üçün təbiət qoynunda yoqa dərsi, xalça muzeyinə ekskursiya, kinoteatrda yeni filimin nümayişi təşkil edilib, toxuculuq, tikiş, rəssamlıq üzrə ustad dərsləri, eləcə də şahmat yarışları keçirilmişdir. Düşərgənin təşkilində “Könüllü DOST” proqramının könüllüləri aktiv iştirak etmişdir.