“Korporativ DOST" altproqramı çərçivəsində "Autizmli uşaqlarla Kanelbulle bişirmə günü" adlı sosial məsuliyyət tədbiri keçirilmişdir. Tədbir İsveç İnstitutunun dəstəyi, Azərbaycan İsveç Tələbələr və Məzunlar Şəbəkəsi və "Könüllü DOST" proqramının təşkilatçılığı ilə Birgə və Sağlam İctimai Birliyinin Autizm Mərkəzində baş tutmuşdur. Autizm Mərkəzi ilə tanışlıqdan sonra İsveçin ölkəmizdəki səfiri Tobias Lorentzson və DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev autizmli uşaqlar və "Könüllü DOST"larla birgə İsveç mətbəxində xüsusi yerə sahib olan “Kanelbulle” bişirmişdir. Daha sonra eko-çantalarla master-klass keçirilmiş, uşaqlar tərəfindən musiqi ifaları səsləndirilmişdir.