Beynəlxalq Kulinariya Günü”nə həsr olunmuş “İnklüziv Kulinarlar” layihəsi çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində yaradılan və autizm sindromlu gənclərin çalışdığı “Kaşalata Kafe”nin heyəti ilə 1 saylı Bakı DOST Mərkəzinin yeməkxanasında tədbir keçirilmişdir. Tədbir zamanı autizm sindromlu gənclərlə “Könüllü DOST” proqramı çərçivəsində fəaliyyət göstərən könüllülər birlikdə müxtəlif şirniyyatlar hazırlamış və müxtəlif əyləncəli stolüstü oyunlar oynamışdır.