“+1” layihəsi çərçivəsində Bir qrup daun sindromlu gənc 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara xidmət göstərmişdir. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən dəvət olunan gənclər bir günlük "Könüllü DOST" komandasına qoşulub və ilkin olaraq könüllülər daun sindromlu gənclərə vətəndaşların qarşılanması, onlara növbə verilməsi, xidmət pəncərəsinə yönləndirilməsi, müxtəlif ərizələrin yazılması və məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı baza bacarıqları öyrətmişdir.