>

Könüllülər Birliyi

Könüllülər Birliyi
Könüllülər Birliyi” tədbiri DOST Agentliyinin "Könüllü DOST" proqramının təşəbbüsü, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə ittifaqa daxil olan könüllü təşkilatları ilə birgə könüllülərin şəbəkələşməsi, sosial sahədə könüllülüyün təbliği məqsədi daşıyır. Tədbir çərçivəsində müxtəlif könüllü təşkilatlarını təmsil edən gənclər Bakı şəhərində yerləşən “DOST” mərkəzlərində Könüllü DOSTlarımızla birlikdə vətəndaşlara xidmət göstərirlər.