>

Qarabağda “Könüllü Klubları” layihəsinə start verildi

Qarabağda “Könüllü Klubları” layihəsinə start verildi
Qarabağ Regional DOST Mərkəzində “Könüllü Klubları” layihəsinə start verilib. Layihə çərçivəsində ilk görüş “Fərdi İnkişaf” klubu üzrə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyevlə keçirilib. Görüş zamanı Seymur Alıyev öz uğur hekayəsini Könüllü DOSTlarımızla bölüşüb. Qeyd edək ki, “Könüllü Klubları” layihəsi 2022-ci ildən etibarən 12 müxtəlif istiqamət üzrə fəaliyyət göstərir. Layihənin əsas məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, habelə asudə vaxtlarının daha səmərəli təşkilidir.