>

DOSTTALKS

DOSTTALKS
3 dekabr 2019-cu il tarixində Beynəlxalq Əlillər Gününə həsr edilmiş “DOSTtalks” layihəsinin ilk tədbiri çərçivəsində əlilliyi olan şəxslərin motivasiya çıxışları, görmə qabiliyyəti məhdud olan uşaqların ifası, “DanceAbility” inkluziv komandasının rəqsi və əlilliyi olan şəxslər tərəfindən hazırlanmış müxtəlif əsərlərin sərgisi həyata keçirilmişdir. 2020-ci ildə Vətən Müharibəsinə həsr olunmuş “DOSTtalks” layihəsinin ikinci tədbiri həyata keçirilmişdir. Tədbir çərçivəsində Vətən Müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə şücaət göstərən şəxslər çıxış etmişdir. Qeyd edilən tədbirlərin təşkilində və keçirilməsində könüllülərin aktiv iştirakı təmin olunmuşdur.